Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiya və Ermənistanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

“Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli regionda sülh və sabitliyin qorunması üçün vacibdir”.

Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və bütün Rusiyanın patriarxı Kirill bütün ermənilərin katolikosu II Qaregin ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

Din.az “Report”a istinadən xəbər verir ki, məlumatı patriarxlığının mətbuat xidməti yayıb.

Erməni katolikosu Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli regionda sülh və sabitliyin qorunması üçün vacibdir: “Problemin həlli üçün ən vacib məsələ sülhə aparan ab-havanın yaradılması, eyni zamanda qarşılıqlı etimadın artırılması və müharibə ritorikasının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir”.

O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək üçün Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin üçtərəfli görüşlərini təşkil etdiyinə görə Kirilə minnətdarlığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...