Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiya İslam bankçılığına keçir – VİDEO

Hazırda dünya ölkələrində 1-2 trilyon dollar ticarət dövriyyəsinin olduğu bildirilir.

Rusiyanın “SberBank”ı ölkədə İslam bankçılığının tətbiq olunması üçün biznes modellərinin üzərində çalışmalar aparıb.

“Din.az” xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bank rəhbərliyi İslam bankçılığı qaydaları ilə ilkin əməliyyatların bu ilin sentyabr-oktyabr aylarında keçirilməsini planlaşdırır.

İslam bankçılığının ilkin hədəfi Tatarıstan olacağı bildirilib. Bundan əvvəl aprel ayında Rusiya Mərkəzi Bankı və Tatarıstan Respublikasının rəhbərliyi bu sistemin tətbiq olunması üçün yol xəritəsi təklif etmişdi. Yol xəritəsi 2 il müddətinə nəzərdə tutulub və Tatarıstanda bəzi layihələrin həyata keçirilməsindən sonra Rusiyanın digər regionlarında da tətbiq oluna bilər.

İslam bankçılığı bank sistemində faizlərlə, eləcə də alkoqollu içki və tütün məmulatlarından əldə edilən gəlirlərdən işləməkdən imtina edir. Hazırda dünya ölkələrində 1-2 trilyon dollar ticarət dövriyyəsinin olduğu bildirilir. Təkcə son il ərzində islam bankçılığının həcmi 16 faizədək artıb.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...