Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

RUSİYADA KİLSƏ KƏBİNİNİN QANUNİ SAYILMASI TƏKLİF OLUNUR

Kilsə kəbini yeni evlənən cütlüklərə rəsmi nikahla eyni hüquqları verəcək.

Rusiyada kilsədə kəsilən kəbinin qanuni nikah kimi qəbul edilməsi təklif olunur.

Din.az Trend-ə istinadən bildirir ki, Dövlət Dumasının üzvü Vladimir Sısoyev “Mədəniyyət haqqında” qanuna kilsə kəbininin dövlət tərəfindən tanınmasına imkan verən dəyişiklik edilməsini təklif edib.

Təklif qəbul ediləcəyi təqdirdə kilsə kəbini yeni evlənən cütlüklərə rəsmi nikahla eyni hüquqları verəcək.

V.Sısoyev bu təklifini Rusiyada insanların əksəriyyətinin inanclı olması, onların da əksəriyyətinin ortodoks olması ilə izah edir.

Bundan öncə digər rusiyalı deputat Yelena Mizulina gənclərin rəsmi nikah əvəzinə kilsə kəbininə üstünlük verdiyini bildirmişdi.

Qeyd edək ki, ötən gün Türkiyədə qanunvericiliyə müftilərə rəsmi nikah kəsməyə icazə verilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...