Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rusiyada “Mən hicabı sevirəm” aksiyası keçirildi 

Məktəbli qızlara hicabın bağlanması haqda master-klass keçirildi.

Fəallar məktəbli qızlara hicabın vacibliyi və əhəmiyyəti haqda məlumat veriblər…

Bu günlərdə Rusiyanın Saratov şəhərindəki “Məktəb” adlı bazar məktəbində sinifdənkənar “Mən hicabı sevirəm” aksiyası keçirilib.

Din.az bildirir ki, rusdilli İslam saytlarının xəbərinə əsasən, tədbir çərçivəsində “Dirçəliş” mədəni-maarif təşkilatının fəalları kiçik və orta qrup şagirdlərinə qız və qadınların örtünməsinin vacibliyi və əhəmiyyəti barədə məlumat veriblər. Görüş zamanı qızlar mövzu ilə bağlı sualları cavablandırıb, rebuslar, bulmacalar həll ediblər. Bundan sonra “Dirçəliş” aktivistləri məktəbli qızlara hicabın bağlanması haqda master-klass keçirərək onlara baş örtüyünün standart və kreativ üslublarını təklif ediblər.

Bundan əlavə, yaradıcı müsabiqə də tamaşaçılarda xoş təəssürat yaradıb: azyaşlı qızlar rəngli qələmlərdən istifadə edərək müxtəlif hicab rəsmləri çəkiblər.
Tədbirin sonunda “Məktəb”in bütün qız şagirdlərinə şirin hədiyyələr paylanıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...