Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiyada qadın sünnəti ilə bağlı qanun layihəsi

Layihə artıq Dövlət Dumasına təqdim olunub

Rusiya Dövlət Duması qadınların sünnət olunmasına görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanun qəbul etməyə hazırlaşır.

“Din.az” “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı deputat və opera müğənnisi Mariya Maksakova-İqenberqsdir.948550261

Mariya Maksakova-İqenberqs bildirib ki, layihə artıq Dövlət Dumasına təqdim olunub.

Qadın sünnəti Dağıstanın bəzi bölgələrində yayılıb. Bu yaxınlarda isə Şimali Qafqaz Müsəlmanları Koordinasiya  Mərkəzinin sədri İsmayıl Berdiyev bildirib ki, bütün qadınları sünnət etmək lazımdır. Müftinin fikrincə, bu yolla qadınların seksuallığı azalar və əxlaqsızlıq aradan qalxar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...