Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rusiyadan açıqlama: “Əgər Türkiyəyə qarşı nüvə silahından istifadə edilərsə, biz…”

Türkiyə də bizim üçün hər zaman müttəfiq oldu.

Rusiya Türkiyəni müttəfiqi olaraq gördü…

Din.az xəbər verir ki, Rusiyada Dumanın Təhlükəsizlik Komitəsinin sədr müavini Şerin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTT) ölkələri, Suriya, İran, Şimali Koreya, Çin və Türkiyənin Rusiyanın müttəfiqləri olduğunu və bu ölkələrə qarşı nüvə hücumu olarsa, Moskvanın o an hərəkətə keçəcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışı zamanı Rusiya və ya müttəfiqlərinə qarşı nüvə silahından istifadə edilərsə, bunun Rusiyaya qarşı hücum olaraq görüləcəyivə buna dərhal cavab verəcəyini vurğulayıb.

“Putinin müttəfiqləri kimdir” sualını cavablandıran Aleksandr Şerin, “Kollektiv Təhlükəsizlik Təşkilatının üzv ölkələri… Çinin Rusiyaya yanaşması müsbətdir. Çini düşmən olaraq saya bilmərik. Bu sözlərdən Şimali Koreyanı və İranı da anlaya bilərik. Türkiyə də bizim üçün hər zaman müttəfiq oldu” deyə bildirib.

KTT ölkələrinə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...