Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiyadan “İsraili yer üzündən silmək” açıqlaması

“Amerikanın İrana qarşı izlədiyi düşmənçilik siyasəti çox təhlükəlidir”.

Rusiya XİN başçısı İsrail və havadarı Amerikanın İrana qarşı izlədiyi düşmənçilik siyasətini təhlükəli adlandırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail-İran münasibətlərindən danışıb. O, İrandakı bəzi siyasi dairələrin “İsraili yer üzündən silmək”lə bağlı verdiyi bəyanatları qəbul etmədiklərini açıqlayıb.

Din.az Sputnik.az-a istinadən xəbər verir ki, Lavrov, həmçinin İsrail və havadarı Amerikanın İrana qarşı izlədiyi düşmənçilik siyasətini də təhlükəli adlandırıb: “Təəssüf ki, Amerika, İsrail və onlara yaxın bəzi dairələr Yaxın Şərqdəki problemləri İranla əlaqələndirirlər. Bu düzgün yanaşma deyil. İsrail-İran əlaqələrinin gərgin olduğu aydın məsələdir. Bu gərginliyi azaltmaq əvəzinə daha da dərinləşdirmək heç kəsə fayda gətirməz”.

“Həmçinin İrandakı bir çox siyasi kimsələr İsraili yer üzündən silməklə bağlı fikirlər səsləndirirlər. Rusiya bu düşüncəni heç vaxt qəbul etmir”, – Lavrov bəyan edib.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...