Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiyadan Qüds təklifi: “Həm Fələstinin, həm də İsrailin paytaxtı olmalıdır”

“ABŞ-ın Qüdslə bağlı qərarı birtərəflidir.”

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı mövqeyini açıqlayıb.

Din.az xəbər verir ki, Zaxarova “Qüds həm Fələstin, həm də İsrailin paytaxtı olmalıdır” fikrini səsləndirib. O bildirib ki, ABŞ-ın Qüdslə bağlı qərarı birtərəflidir. Zaxarova qərarın bölgədəki gərginliyin artmasına gətirib çıxaracağını vurğulayıb.

Qeyd edək ki, 6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı. 14 may 2018-ci ildə isə səfirlik Tel-Əvivdən Qüdsə köçürüldü. / Qaynarinfo

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...