Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiyalı turist Türkiyədə müsəlman oldu

“Allah hər kəsə müsəlmanlığı nəsib etsin…”

Rusiyadan Batmana turist olaraq gələn 53 yaşlı Miros Alla müsəlman olaraq Aişə adını alıb.

“Din.az” xəbər verir ki, Rusiyadan turist olaraq Batmana gələn 53 yaşlı Miros Alla Türkiyədə Avcıoğlu ailəsinin fərdləri ilə İslam haqqında tanış olub.

Müsəlman olmaq istəyən Alla, Batman Mahal Müdirliyinə müraciət edib. Bundan sonra müftilikdə ihtida mərasimi keçirilib. Alla, şahidlərin hüzurunda adını dəyişərək Aişə olub.

“Allah hər kəsə müsəlmanlığı nəsib etsin…”

Mahal müftisi Mahmud Erin, Allaya ihtida sənədi ilə birlikdə Qurani-Kərimin rus dilində tərcüməsini və Diyanət İşləri Nazirliyinin nəşrlərindən rus dilində olan əsərlər hədiyyə edib. Müsəlman olmaqdan duyduğu məmnuniyyətini dilə gətirən Alla, “Allah hər kəsə müsəlmanlığı nəsib etsin” deyib.

Daha sonra Batman Mahal Müfti vəkili Mahmud Erin, Aişə Allaya hüzur və səadət diləyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...