Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiyanın Baş Rahibi: “Ən mərhəmətli və tərbiyəli onlardır” – VİDEO

Baş Rahib müsəlmanlar barəsindəki fikirləriylə təəccübləndirdi.

Rusiyanın Baş rahibi Dmitri Smirnov qonaq olduğu verilişdə müsəlmanlar haqqında səsləndirdiyi fikirlərlə aparıcını təəccübləndirib.

Din.az A24.az-a istinadən bildirir ki, aparıcı baş rahibin müsəlmanlar haqqında səsləndirdiyi fikirlərini xatırladaraq, bu haqda ətraflı şəkildə düşüncələrini almağa çalışıb.

Aparıcı “Siz çox hörmətlə bir neçə dəfə müsəlmanların inamı haqqında danışmısınız və yaxın gələcəkdə müsəlmanların bütün dünyanı əhatə edəcəyi haqqında fikir yürütmüsüz”, – deyə Baş Rahibə sual verib.

Dmitri Smirnov “Bu statistikadır! Bizim əhalimiz rusdur. Ruslar abort yolu ilə və sürətli bir şəkildə öz gələcək nəslini yox edir. Amma müsəlmanlarda isə əksinədir, xüsusilə də çeçenlərdə… Onlarda uşaqları öldürmək (abort yolu ilə) qəbul edilməyən bir şeydir. Mən statistik olaraq, hətta hesablama alətində belə bunun nə vaxt baş verə biləcəyini deyə bilərəm. Müsəlmanlar arasında elə insanlar var ki, İncilin baxışı ilə baxdığımız zaman belə ən mərhəmətli və tərbiyəli onlardır. Məsələn, metroda sənə ilk olaraq kim yer verir? Əlbəttə ki, müsəlman!” kimi fikirlərini paylaşıb.

-Siz heç ibadət etdikləri zaman müsəlmanların yanında olmusunuz?

-Bir dəfə olmuşam.

-Bu, sizə təsir etdimi? Bir şeylər hiss etdinizmi?

–Təbii ki, o insanların tanrıya ibadət etməkdə olduqlarını hiss etdim. Bundan başqa onların imanını hiss etdim. Bizim institutda bir müəllimimiz var idi və deyirdi ki, ağıllı axmaqdan da nəsə bir şey öyrənir. Axmaq isə ağıllıdan bir şey öyrənməz. 60-cı illərdə kommunist olan günümüzün bir çox insanları imanı müsəlmanlardan öyrənə bilər. Çünki iman onların böyük əksəriyyətində qorunub saxlanılıb.

Baş rahibin müsəlmanlar haqqında səsləndirdiyi maraqlı fikirləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...