Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rusiyanın ən böyük yəhudi dini akademiyası yandırıldı

Moyşe Lebel: “Bədxahların hədəfi “koşer” (yəhudilərdə halal qayda ilə kəsilən ət-S.L.) ətinin saxlandığı bina olub”.

Bu, son günlər yandırılan artıq 4-cü səmavi din məkanıdır… Hər üç səmavi dini hədəfə alan masonlar və satanistlərdir…

Moskvada hüquq-mühafizə orqanları Rusiya Federasiyasının ən böyük yəhudi təhsil müəssisəsi olan “Torat Haim” akadimiyasında baş vermiş yanğının səbəblərini araşdırır.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata görə, yerli yəhudi icması “Pesax” ərəfəsində baş verən yanğının kriminal xarakter daşıdığını hesab edir.

Hadisə binada çox sayda qonağın qatıldığı bayram ziyafəti (“seder”) təşkil edildiyi zaman meydana gəlib.

“RIA Novosti”-yə verdiyi müsahibədə məktəbin ravvini Moyşe Lebel bədxahların hədəfinin “koşer” (yəhudilərdə halal qayda ilə kəsilən ət-S.L.) ətinin saxlandığı binanın olduğunu deyib.

Qeyd edək ki, “Pesax” (Bahar bayramı) – yəhudilərin Misirdən çıxmasına həsr edilən baş yəhudi bayramıdır.

P.S. Moskvadakı yəhudi təhsil ocağı son günlər yandırılmış artıq 4-cü dini məkandır… Fransadakı Notr-Dam xristian kilsəsi ilə eyni gündə Qüdsdəki “Əl-Əqsa” məscidində və Ukraynanın Xarkov şəhərindəki Moskva patriarxlığına məxsus rus pravoslav kilsəsində də yanğın baş verib. Moskvadakı məktəb isə yəhudi dini ilə bağlıdır. Deməli, hər üç səmavi dinə aid məkanlar yandırılıb. Allahla-Yaradanla bağlı səmavi dinləri məhv etməyi hədəfə alan masonlar və onlarla əlbir olan satanistlərdir…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...