Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Rusiyanın gələcəyi bundan asılıdır – Rus patriarx

“Böyük məsuliyyət hakimiyyətə sahib olanın üzərinə düşür”.

Təhsilli siyasi elita və konsolidasiya olunmuş cəmiyyət Rusiyanın qarşısında duran aktual çağırışlar və hədəflərə cavab vermək iqtidarındadır.

Din.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına müsahibəsində Moskva və Bütün Rusun patriarxı Kirill deyib.

“Böyük məsuliyyət hakimiyyətə sahib olanın üzərinə düşür. Söhbət təkcə prezident və ya baş nazirdən yox, həm də hökumətin səlahiyyətlərini icra edən hər kəsdən gedir. Ölkənin gələcəyi bizim ümumi işimizdir”, – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...