Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rusiyaya ikinci zərbə – Çeçenistanda rus helikopteri qəzaya uğradı

Çeçenistanda Rusiyaya ağır zərbə vuruldu.

Dünənki təyyarə qəzasından sonra Rusiya ikinci dəfə sarsılıb.

Din.az xəbər verir ki, Çeçenistan Respublikasında Rusiya təhlükəsizlik qüvvələrinə aid helikopter qəzaya düşüb.

Qəza zamanı 7 nəfərin dünyasını dəyişdiyi bildirilir. Helikopterdə 9 nəfərin olduğu deyilir. Xilasedicilərin hələ bölgəni təsbit etmədikləri ifadə edilib.

Qeyd edək ki, Rusiya Çeçenistan bölgəsində çeçenlərə qarşı mübarizə aparır. Bölgədə tez-tez Rusiyaya məxsus təhlükəsizlik qüvvələri ilə çeçenlər arasında silahlı qarşıdurmalar yaşanır. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...