"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Sabah QMİ sədri kral ölkəsinə səfər edəcək

Share Button

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mayın 15-də Böyük Britaniyaya səfərə yola düşür. “Din.az” xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər İngiltərənin “Faith Matters” təşkilatının dəvəti ilə həyata keçirilir. A.Paşazadə mayın 16-da Londonda keçiriləcək dini icmaların konfransında iştirak edəcək. Konfrans “Faith Matters” təşkilatı tərəfindən Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” münasibətilə və […]

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə mayın 15-də Böyük Britaniyaya səfərə yola düşür.

“Din.az” xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər İngiltərənin “Faith Matters” təşkilatının dəvəti ilə həyata keçirilir. A.Paşazadə mayın 16-da Londonda keçiriləcək dini icmaların konfransında iştirak edəcək. Konfrans “Faith Matters” təşkilatı tərəfindən Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamağın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunur.

QMİ sədri ilə bərabər Londonda keçiriləcək konfransda Azərbaycanı ənənəvi dini konfessiya başçıları – RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri İcmasının başçısı Melih Yevdayev təmsil edəcəklər.

Tədbirə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov da qatılacaq.

Böyük Britaniyada Azərbaycan nümayəndə heyətinin müxtəlif dini icmalarla, habelə tanınmış ictimai xadimlərlə görüşləri nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir