Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Sabahdan azərbaycanlı zəvvarlar həccə gedir

“Bu il Həcc ziyarətinə 1440 nəfər gedəcək”.

Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər.

Bəs bu il nə qədər zəvvar Həcc ziyarətinə yola düşəcək?

Din.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsindən verilən məlumata görə, Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub: “Bu il Həcc ziyarətinə 1440 nəfər gedəcək”.
Qeyd edək ki, builki zəvvarların sayı ötən illə müqayisədə çoxdur. 2017-ci ildə 900 , 2016-cı ildə isə 1040 azərbaycanlı zəvvar ziyarətə getmişdi. / Qafqazinfo.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...