Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şagirdin baş örtüyünü zorla açan müəllim məktəbdən qovuldu

ABŞ-da müsəlmanlara qarşı növbəti xoşagəlməz hadisə…

ABŞ-ın Nyu York şəhərindəki məktəblərdən birində müsəlman şagirdin baş örtüyünü zorla çıxardan müəllim məktəbdən qovulub.

Din.az Türkiyənin “yeniakit.com.tr” saytına istinadən xəbər verir ki, Nyu York Təhsil İdarəsi həmin məktəbdə baş verən hadisədə Safa Alzokari adlı 8 yaşlı qızın baş örtüyünü çıxardan 31 yaşlı müəllim Oqheneteqa Edahın işindən qovulduğunu elan edib.

Nyu York Polis Departmentinin açıqlamasında isə Edahın kiçik qızın başını zorla açdığı və bu zaman sağ gözünü zədələdiyi qeyd edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...