Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SAĞLAM ORUC tutmağın incə nüansları!

İftardan 1-2 saat sonra gəzməyə çıxın…

Ramazan ayının getdikcə artan isti havaların mövsümünə təsadüf etməsi səbəbi ilə Dos.Dr. İsmət Tamer sağlam oruc tutmağın vacib nüanslarını açıqlayıb.

“Din.az” xəbər verir ki, artıq çəkisi olan bir çox insan Ramazan ayını oruc tutaraq arıqlamaq üçün bir fürsət olaraq görə bilər, halbuki bu, ramazan ayının sonunda daha da bir neçə kilo kökəlmə ilə də nəticələnə bilər.

Ramazan ayını arıqlamaq üçün fürsət olaraq görənləri xəbərdar edən Dos.Dr.İsmət Tamer: “Ramazan ayı boyunca ümumən gündə iki dəfə qidalandığımız üçün gün boyu maddələr mübadiləsinin və bədənin ehtiyacı olan enerjini qarşılayacaq ölçüdə kifayət qədər zülal, karbohidrat, vitamin və mineralları sahurda qəbul edərkən yanında mütləq lazımi qədər maye də qəbul edilməlidir. Bu məsləhət səhər və günorta yeyilməsi lazım olan hər şeyin sahurda qəbul edilməsi kimi başa düşülməməlidir. Belə bir vəziyyətdə ramazana uyğunlaşmağa çalışan bədənimiz həddindən artıq yediyimiz qidalardan dolayı alınan enerjini istifadə edə bilməz və kökəlmənin yaranmasına gətirib çıxara bilər” deyə bildirib.

Orucunuzu yüngül nahar və ya şorba ilə açın…

İftarda orucu yüngül nahar və ya şorba kimi həzmi asan olan qidalarla açmağın çox sağlam bir seçim olduğunu dilə gətirən Dos.Dr İsmət Tamer, “uzun sürən aclıqdan sonra tez-tez və çoxlu miqdarda yemək yemək vərdişi Ramazanda çox məşhurdur. Halbuki nahar və şorba ilə orucu açdıqdan sonra bir az gözləyib, bu arada gün ərzində suya olan ehtiyacınızı su, təzə sıxılmış meyvə suları və ya ayran kimi mayelərlə aradan qaldırmağa çalışmaq daha məntiqli olar”, – deyə bildirib.

İftardan 1-2 saat sonra gəzməyə çıxın…

İftar süfrəsində ət, toyuq və ya tərəvəz yeməklərini seçə bilərsiniz, ancaq bunların az yağlı, qızartma, buğlama və ya buxarda bişirilməsinə üstünlük verilməsinin vacibliyini xatırladan Dos.Dr.İsmet Tamer, “Həddindən artıq yağlı və ya qızartmalar həzmi çətinləşdirir. Yediklərinizi yavaş yemək, loxmaları ağızda yaxşıca çeynədikdən sonra urdmaqvə iftardan 1-2 saat sonra gəzməyə çıxmaq həm həzmə kömək olacaq, həm də ürək damar sağlamlığınız üçün faydalı bir məşğuliyyət olacaq. Xüsusilə, isti və uzun yay günlərinə təsadüf edən ramazan ayında diabet, ürək, hipertoniya xəstələri və hamilə xanımların oruc tutmamaları, vəziyyətlərini mütləq həkimləri ilə məsləhətləşmələri lazımdır” şəklində qeyd edib.

Sahuru imsak saatına ən yaxın zamanda edin…

Ramazanda mütləq sahura qalxmaq və mümkündürsə orucun başladığı imsak saatına ən yaxın zamanda sahur yeməyi yeyilməsini deyən Tamer, “gecə vaxtı yeyib yatmaq, ya da heç sahura qalxmamaq gün ərzində qan şəkərinin çox düşməsinə və maye çatışmazlığının nəzərə çarpan hala gəlməsinə səbəb ola bilər. Bu vəziyyət gün içərisində halsız olmanıza, fikrinizi toplaya bilməməyinizə və həyati orqanlarınızın iş mexanizminin pozulmasına yol açar” xəbərdarlığını edib.

Qoz və badam yeyin…

Sahurda pendir kimi süd məhsulları, yumurta, pomidor, xiyar kimi yüngül amma tox tutan təzə tərəvəzlərlə nahar etməyin sağlam bir seçim olduğunu söyləyən Herbalife Qidalanma Məsləhət Heyətinin Üzvü Dos.Dr.İsmət Tamer: “Bu qidalardan sonra şorba və zeytun yağlı tərəvəz yeməkləri və meyvə yeyilə bilər. Beləcə həm gün ərzində lazım olan enerji və vitaminlər təmin edilmiş olur, həm də süd, süd məhsulları və yumurta ilə gündəlik zülal ehtiyacı qarşılanmış olur. Enerji ehtiyacımızın ana qaynağı olan karbohidrat və təbii ki, həzm sistemimizin düzgün işləməsinə köməkçi olan lif ehtiyacı üçün də meyvənin yanında buğda çörəyi, kəpəkli makaron ya da bulqur seçilməlidir. Bundan başqa, meyvə qurusu və qoz, badam, quru yemiş də fürsət tapdıqca qəbul edilməlidir. Bu qidalar uzun müddət tox olmağımıza dəstək olurlar” deyib.

Qida möhkəmləndirmələrindən faydalanın…

Ramazanda günlük avtivliklər zamanı mümkün olduğu qədər həddən artıq istiyə məruz qalmamaq üçün İsmət Tamer xəbərdarlıq etdi:

“Həddindən artıq maye itkisinə səbəb ola biləcək fəaliyyətlərdən uzaq durmaq daha uyğun olacaqdır. İşi və ya vəzifəsi səbəbiylə bu vəziyyətlərə məruz qalacaq şəxslərin, ya da oruc tutmaq istəyən professional idmançıların gündəlik fəaliyyətlərini problemsiz yerinə yetirməsi üçün balanslı, kifayət qədər və sağlam qidalanmalarına dəstək olması məqsədiylə qida möhkəmləndirmələrindən faydalanmaları uyğun ola bilər. Bu mövzuda həmin şəxslərin mütəxəssisdən dəstək almaları lazımdır”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...