Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Sağlamlıq imkanları məhdud gənclər İslamiadanın könüllüləri olacaqlar

İslam Həmrəyliyi Oyunlarında könüllülər yarışlarda əzmkarlıq nümayiş etdirəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarında olan gənclərdən 14 nəfəri və mərkəzin məzunlarından 11 nəfəri, ümumilikdə 25 nəfər gənc də may ayında Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər.

“Din.az” bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən həmin gənclərin bu oyunlarda könüllü kimi iştirakı artıq qeydiyyata alınaraq təsdiqlənib.

Gənclər göstərilən etimada layiq olaraq, bu mötəbər tədbirdə də könüllü kimi özlərini uğurla doğrultmaq əzmindədirlər. Onlardan bir çoxu ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının könüllüləri sırasında olublar. Bu tədbirlərdə onlar könüllü kimi uğurlu fəaliyyətlərinə görə sertifikatlara layiq görülüblər. Əvvəlki idman tədbirlərində olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi fəal iştirak etmək, bu yarışların yüksək səviyyədə təşkilinə töhfələrini vermək əzmində olan sağlamlıq imkanları məhdud gənclər bundan qürur hissi keçirir, onlarda öz güclərinə, potensiallarına inam hissi daha da artır.

Mərkəzdə peşə hazırlığı kurslarını artıq başa vurmuş və İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcək gənclər də könüllü iştirakla bağlı təlimlərin və oyunların keçirildiyi müddətdə mərkəzdə yerləşdiriləcək, dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin olunacaqlar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...