Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahin Mustafayev: “Əczaçılıq məhsullarının istehsalı sahəsində İran müəssisələri ilə də əlaqələr qurula bilər”

İran-Azərbaycan əlaqələri inkişaf edir.

İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın Səhiyyə, müalicə və Tibb təhsili naziri Həsən Qazizadə Haşimi ilə görüşüb.

Din.az bildirir ki, İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın digər sahələrlə yanaşı, səhiyyə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Ş. Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb, Pirallahı Sənaye Parkında İranla birgə əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Azərbaycanın iqtisadiyyat naziri vurğulayıb ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində birgə elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...