Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şahin Mustafayev Həsən Ruhani ilə görüşdü

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq genişlənir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Din.az Apa-ya istinadən xəbər verir ki, görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.

Ş.Mustafayev bu gün həm də İranın sənət, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari ilə görüşəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...