Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Sahurda nələr yeyilməməlidir?

Şəkər və çörəyə qarşı olan məşhur Prof.Canan Karatay sahurda yeyildiyində gün boyu insanı tox tutacaq qidalarla bağlı dəyərli tövsiyyələrini verib

11 ayın sultanı olan Ramazanın gəlməsinin sevinci İslam aləmində sevinclə qarşılanarkən, Azərbaycanda 17 saat tutulacaq oruc ibadətinə vücudu hazırlamaq üçün mütəxəssislər qızıl dəyərində tövsiyyələr verib. Bu mütəxəssislərin ən məşhurlarından biri Canan Karatay sahurda yeyildiyi zaman gün boyu insanı tox tutacaq qidaları sadalayıb.

“Din.az” sahurda tox tutan qidaların siyahısını təqdim edir:

Qarpız yeməyin…

Sahurda qarpız yeyilməməsi lazım olduğunu söyləyən Canan Karatay mövzuya, “Qarpızın lifi olmadığı üçün qan şəkərini anidən yüksəldir və çox tez acdırır” şəklində açıqlama verib. Canan Karatay sahurda tox tutan qidaların siyahısına isə pendir və ət kiftəsini də daxil edib. Mərcimək şorbası, qoz, fındıq, ət də təkliflərin başında gəlir. Qızartmalardan isə qətiyyən uzaq durulmasını deyir. Bundan başqa sahurda süd için və uzun müddət tox qalın.

Karatay: Sahurda yumurta çox vacibdir…

Canan Karatay sahur süfrəsinin baş tacı olaraq yumurtanı göstərir və bunları söyləyib: “Sahura 3-4 yumurtanı bol kərə yağı ilə bişirib yeyə bilərsiniz. Yumurta sarısı ilə birlikdə yeyilməlidir. Sahurda yumurta və yağ çox vacibdir. Çünki yumurta və yağdan aldığınız enerji sizi 24 saat tox tuta bilər”.

Sahurda zeytun və zeytun yağı…

Sahur süfrəsində duzlu qidalardan uzaq durmaq lazımdır. Ancaq zeytun yox. Prof.Dr.Canan Karatay sahurda tox tutan qidalar siyahısına zeytun və zeytun yağını da daxil edib və bunları qeyd edib: “Sahurda zeytun və zeytun yağı yeyə bilərsiniz. Yağın verdiyi enerji sizi 72 saat saxlayar, dinc tutar və başınız dönməz”.

Darçınlı süd için…

Darçın üzərində aparılan saysız-hesabsız araşdırmaların nəticələri bir miqdar darçının yeməkdən sonra insulin qalxmalarını əngəlləyib, aclığa son verdiyini göstərmişdir. Ramazanda qan şəkərinin tarazlanmasının, həmçinin trigliserid və xolestrol səviyyəsinin düşürülməsi istənirsə davamlı olaraq hər gün bir çay qaşığı qədər darçın qəbul edilməlidir. Sahurda 1 çay qaşığı əlavə etdiyiniz 1 stəkan yağlı süd sonrakı gün daha rahat oruc tutmağınızı təmin edəcək.

Çörəkotu…

Ölümdən başqa bir çox dərdə dəva olduğu söylənən çörəkotu tərkibindəki sağlam yağlarla toxluq hissi yaradır. Sahurda üyüdülərək, ya da bütöv şəkildə salatlara, qatığa əlavə edilə bilər. Cəfəri, şüyüd, nanə, reyhan kimi yaşıllıqlarla hazırlayacağınız bir sahur yeməyinə səpəcəyiniz çörəkotu çəkinizi nəzarətdə saxlamağı təmin edərkən, eyni zamanda mədə və bağırsaq sisteminin də dəstəklənməsində təsirli olacaq.

Mineral su için…

17 saat oruclu qalacağınızı düşünür olsaq, sahur süfrənizdə düzgün yeməklər kimi düzgün içkilər də olmalıdır. Əgər təzyiq probleminiz yoxdursa, bədənin tərləməsi ilə itirilən elektrolitləri yerinə qoymaq üçün 1 şüşə təbii mineral su için. Hər sahurda ən azı 3 stəkan su içməyi unutmayın.

Sahurda süd için, çünki…

Biri sahurla iftar arasında, biri də sahurda olamqla hər gün 2 stəkan süd içilməlidir. Südün kalsium və “D” vitamini qaynağı olması tox tutaraq insanda aclıq hissini basdıracaqdır.

Quru paxla…

Paxla mükəmməl toxluq hissi yaradan bir paxlalı növüdür. Sahur süfrələrinizdə bolluca olsun. Quru paxla yeməyi bişirə biləcəyiniz halda, heçnəsiz qaynadılmış olaraq da yemək olar.

Sahurda yeyilməsi tövsiyyə olunan…

Xrom qan şəkərini tənzimləyən bir mineraldır. Yulaf, pendir, gicitkən otu, biyan kökü, buğda, süd və süd məhsulları, yer fıstığı əhəmiyyətli xrom qaynaqlarıdır. Sahurda istehlak etməniz təklif edilir.

Yaşıl çay için…

Yaşıl çay içildiyində ürəyin endotel funksiyasını yüksəldilməsinə təsir edir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, ramazanda gündə 2-3 fincan yaşıl çay içərək qəlbinizi və bədəninizi xoşbəxt edə bilərsiniz.

Kefir qidalandırıcıdır…

Hopdurulması və həzmi asan olan bir içkidir. Eynilə qatıq kimi həzm sisteminin dəstəklənməsinə kömək edən mayalanmış süd məhsuludur. Qatıqdakından daha çox olan probiotik tərkibi ilə bağırsaqlardakı xoş xassəli bakteriyaların artmasına kömək olur, pis xassəli bakteriyaların isə yaranmasının qarşısını alar. Mədə problemləri olan şəxslər tərəfindən də rahat şəkildə yeyilə bildiyi üçün qiymətli qidadır. Tərkibi zəngin mineral, vitaminlərlə dolu olan kefir isti yay günlərində suya olan ehtiyacı azaltmaq üçün qəbul edilə biləcək sərinləşdirici içkidir. Kefir immun sistemini gücləndirir, mədə-bağırsaq florasını  normallaşdırır, həzmi asanlaşdırır, qəbizliyin qarşısını alar, xərçəngə qarşı qoruyar, yüksək təzyiq, xolestrolun düşməsində təsirlidir.

Qatıq yeyin…

Ramazanda bol-bol ayran, qatıq və zeytun yağlı ətli yeməklər ilə quru paxla yeyilməsini məsləhər verən Canan Karatay sahurda “nə yeməli, hansı sahur yeməkləri tox tutar?” sualına da cavab verib və bunları bildirib:

  • Sahura qədər yatmırsınızsa, az-az, tez-tez su və ayran için, qatıq yeyin. Xüsusilə evdə hazırlanmış qatıq çox xeyirlidir.
  • Çox şirin, şəkər və çörək yeməmək lazımdır. Bunları yesəniz 24 saat bədənə təsir edir.
  • Sahurda duz da çox vacibdir. Ancaq qaya duzu istifadə etmək əsas şərtdir. Qaya duzu təbii mineral və təbii vitaminlə zəngindir. Duzdan qorxmayın.
  • Sahurda heç vaxt meyvə yeməyin! Meyvə şəkərdir, sizi susada bilər.

Sahurda nələr yeyilməməlidir?

Sahurda tox tutacaq qidalarla yanaşı süfrənizdən uzaq tutmanız lazım olan qidalar da var. Sahur süfrəsində duzluluğu çox olan qidalardan uzaq durmaq lazımdır. Kolbasa, sosiska, duzlu pendirləri, basdırma və zeytunu sahur süfrənizdən götürün.

Sahurda bunlar yeyilərsə, susuzluğu artırar…

Qızartmalar və yağlılığı çox olan qidalar gün ərzində susuzluğunuzu daha da artıracaq. Oruclu olarkən susuzluq çəkməmək üçün bunları yeməyin;

  • Kartof qızartması,
  • Pizza,
  • Plov,
  • Xəmir yeməklər

Sahurda çay içməyin, çünki…

əgər sahurda çay içmək kimi bir vərdişiniz varsa, bundan da vaz keçməlisiniz. Çünki çay tərkibinə görə sidiyə çıxmanı artırır. Bu isə bədəndən tez bir zamanda suyun atılması mənasına gəlir. Buna görə də, oruclu olarkən çox susuzluq çəkə bilərsiniz.

Sahurda bunları yeməyin, tez acdıracaq…

Sahur süfrənizdə tox tutan qidaların olması qədər aclığınızı artıracaq qidalardan uzaq durmaq da çox vacibdir. Sahurda yeyilən şəkəri yüksək qidalar qan şəkərinizi sürətlə aşağı salacağı üçün daha tez acımanıza səbəb olacaq. Bu səbəblə, xüsusilə sahurda qəbul etməməyimiz lazım olan qidalar bunlardır;

  • Keks
  • Peçenye
  • Şirniyyat
  • Şokolad
  • Bal
  • Mürəbbə və bunun kimi şəkəri yüksək qidalar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...