Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahzadə Ərəbistanı dəyişir, dəstək verməliyik – ABŞ diplomatı

“Şahzadə hazırda krallıqda inqilabi reformlar həyata keçirir”.

ABŞ Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı dəstəkləməlidir.

Din.az xəbər verir ki, bunu “Əl Arabiya” televiziyasına açıqlamasında Corc Buşun hakimiyyəti dönəmində ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma şöbəsinin rəhbəri olmuş Denis Ross söyləyib.

“Şahzadə hazırda krallıqda inqilabi reformlar həyata keçirir, buna görə də dəstəyə layiqdir. Səudiyyə Ərəbistanını dəyişdirmək cəhdi xüsusi etibara layiqdir. Belə ki, reformlar xüsusi təyziqlər olmadan keçirilir. Şahzadənin reformları və onların uğurları təkcə krallıqda yox, onun xaricində də hiss ediləcək”, – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...