Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahzadə Məhəmməd bin Salman Misirə səfər edib

Səudiyyə Ərəbistanı Misirin Sina yarımadasında nəhəng şəhər inşa edəcək.

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilk xarici səfərini Misirə edib.

Din.az Türkiyə mediasına istinadən bildirir ki, Misir tərəfindən verilən yazılı açıqlamada bin Salmanın Sisi ilə görüşdüyü qeyd edilib.

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın Qahirə ziyarəti əsnasında Səudiyyə Ərəbistanı və Misirin Sina yarımadasında nəhəng şəhər inşa etmək üçün təxminən 10 milyard dollarlıq ortaq fond yaratma sazişi imzaladığı açıqlandı.

Digər tərəfdən əldə edilən mlumata əsasən, Misirdə olan şahzadə Misir Qibti Kilsəsinə ziyarət edərək Papa II Tavadrosla görüşüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...