Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Şahzadə nüvə silahı əldə etmək üçün…” – “Vaşinqton Post”dan şok məqalə

“Vaxtilə Səddam Hüseyn neftlə zəngin olan bir ərəb ölkəsinin qəddar diktatoru idi”.

“Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanı İraqın mərhum lideri Səddam Hüseynlə müqayisə edərək, onun səhvlərini təkrarladığını yazıb.

Din.az xəbər verir ki, Amerika nəşri ABŞ hökumətinin qorxunc diktatora bənzətdiyi şahzadənin cinayətlərinə göz yumduğunu bildirib.

“Vaxtilə Səddam Hüseyn neftlə zəngin olan bir ərəb ölkəsinin qəddar diktatoru idi. Lakin qorxunc cinayətlərinə baxmayaraq, uzun illər ABŞ və bir sıra Qərb dövlətləri tərəfindən dəstəkləndi. Amerika və müttəfiqləri onunla qumar oynadılar. Nəticədə İraq 1990-cı ildə Küveyti işğal etdi və Yaxın Şərqdə sonsuz savaş başladı”, – deyə qəzetdə vurğulanıb.

ABŞ hökumətinin Məhəmməd bin Salmana münasibətdə də eyni səhvləri təkrarladığını bildirən “Vaşinqton Post” yazır:

“Amerikalı siyasətçilər şahzadə Salmana münasibətdə köhnə xətalarını təkrar edir. Deyirlər ki, jurnalist Camal Qaşıqçı cinayəti də daxil olmaqla, onun cinayətlərini ört-basdır etməkdən yorulublar. Amma keçən həftə “G-20”-nin Yaponiyada keçirilən zirvəsində şahzadə Salman qərbli siyasətçilərin arasında kifayət qədər xoşbəxt görünürdü.

Məhəmməd bin Salman da, Səddam Hüseyn kimi özünün qorunduğunu düşünür. Əmrində olan qadınlara hələ də işgəncə edilir, hələ də əmrinə tabe olan qırıcılar Yəməni bombardman edir. Məhəmməd bin Salman nüvə silahına sahib olmaq üçün ilk addımlarını atır. Qərb dövlətləri onu dayandırmır, lakin gələcəkdə bunu etməyə məcbur olacaqlar. Lakin həmin vaxt bu, Qərbə baha başa gələcək”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...