Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şahzadə Salmandan Almaniyaya böyük ŞOK – Əlaqələri dayandırdı

Səudiyyə Ərəbistanında təqribən 800 alman firması fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı alman şirkətləri ilə əlaqələri kəsməyə qərar verib. Artıq sifarişlər də dayandırılıb.

Din.az xəbər verir ki, Riyadın Orta Şərq siyasətiylə əlaqədar Berlinə hirsli olduğu bildirilir.

Almaniyada yayımlanan “Der Spiegel”in verdiyi xəbərə görə, Vəliəhd şahzadə Muhamməd bin Salmanın bununla bağlı hökumətə təlimat verdiyi də bildirilir.

Riyadın bu qərarında ən çox Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ilə sıx əlaqədə olan “Siemens”, “Bayer” və “Boehringer” kimi şirkətlərinə mənfi təsir göstərəcəyi bildirilir.

Bundan başqa Riyad və Ciddə şəhərlərində sərnişinləri daşımaq üçün istifadə edilən “Mercedes” markalı avtobusların sifarişini alan alman avtomobil şirkəti “Daimler”in də verilən bu qəraradan dolayı təsirlənəcəyi deyilir.

Əldə edilən məlumata görə, Səudiyyə Ərəbistanında təqribən 800 alman firması fəaliyyət göstərir. Alman şirkətlərinin ötən il Səudiyyə Ərəbistanına 6 milyard 6 milyon avro həcmində mal ixrac etdiyi bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...