Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şahzadə Səlmana ŞOK – Həbs qərarı verildi

Şahzadə Hussat haqqında həbs qərarı verildi.

Din.az xəbər verir ki, Fransada Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Səlmanın bacısı olan Hussata həbs qərarı verilib.

“Le Point” jurnalının verdiyi xəbərə görə, şahzadə Hussat Parisdəki evinin blokunda təmirci ilə yaşanan gərginliyin ardından həbs qərarı verilib. Keçən il sentyabr ayında şahzadə Hussatın evinə çağırılan təmircinin, evin fotoşəkillərini çəkdiyi məlum olub.

Şahzadə Hussat və yaxın qorumasının müdaxilə etdiyi təmirçinin mətbuat orqanlarına satmaq üçün evin fotoşəkillərini çəkdiyi düşünülərək döyüldüyü, saatlarla sorğulandığı, mülkünə əl qoyulduğu irəli sürülüb.

Qeyd edək ki, evə gələn təmirçi ona qarşı işgəncə etdiklərini, hətta ibn Salmanın bacısının ayaqlarını öpdürüldüyü bildirmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...