Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahzadə Səudiyyə Ərəbistanında çevriliş etməyə çağırdı

“Kral Salmanı gündəmdə görmürük” …

Ötən ay Səudiyyə Ərəbistanında kral sarayı yaxınlığında eşidilən silah səslərindən sonra ölkədə gərginlik davam edir.

Din.az xəbər verir ki, müxalif şahzadə Xalid bin Fərhan çevriliş etmək üçün şahzadə Əhməd bin Əbdüləziz və şahzadə Mukrin bin Əbdüləzizə çağırış edib.

Kral ailəsində rəsmi vəzifəyə sahib olmayan və müxalif düşüncələrinə görə 2013-cü ildə Almaniyadan siyasi sığınacaq alaraq ölkədən gedən Xalid bin Fərhan bunları deyib:

“İctimai və siyasi səhnəyə baxdığımızda kral Salmanı gündəmdə görmürük. Onun stabil olmayan və axmaq idarəediciliyi səbəbindən ölkə geri dönüşü olmayan nöqtəyə doğru gedir. Çevriliş edərək krallığı xilas edin”.  / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...