Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahzadə Villiam Qüdsdə müqəddəs yerləri ziyarət etdi – FOTO – VİDEO

Şahzadə Villiam Fələstinə səfəri zamanı Şərqi Qüdsdəki müqəddəs məkanlara da baş çəkib.

Şahzadə Villiam işğal altında olan Şərqi Qüdsdəki Məscidi – Əqsanı, həmçinin Məscidi Əqsanın qərb divarı olan Ağmala Divarını, Qiyamət Kilsəsini və Zeytun dağını ziyarət edib.

Din.az xəbər verir ki, şahzadə Villiam Fələstinə səfəri zamanı Şərqi Qüdsdəki müqəddəs məkanlara da baş çəkib.

Müqəddəs məkanları ziyarət etməzdən əvvəl şahzadə Şərqi Qüdsdəki Zeytun dağına çıxaraq bir müddət Qədim Şəhəri seyr edib. Daha sonra dağın ətəyində yerləşən Müqəddəs Məryəm Ana Ortodoks Kilsəsini və orda yerləşən Battenberq şahzadəsi Alice-nin qəbrini ziyarət edib.

Bundan sonra şahzadə Qədim Şəhərə keçərək burda olan Məscidi Əqsani ziyarət edib. Məsciddə Villiama Qüds İslami Vəqflər İdarəsinin səlahiyyətli şəxsləri yoldaşlıq edib. Məscidi Əqsadan Ağlama Divarına keçən şahzadə Villiam yəhudilərin kipasını taxaraq xaxamlar tərəfindən bəzi mövzularda məlumatlandırılıb. Ağlama Divarına sağ əlini qoyaraq 2 dəqiqə dua edən ingilis şahzadə yəhudilər kimi içərisində arzuların yazıldığı qeyd vərəqəsini Ağlama Divarındakı aralığa yerləşdirib.

Sonda şahzadə xristian dünyasının ən müqəddəs məkanlarından sayılan Qiyamət Kilsəsini ziyarət edərək səfərini sonlandırıb.

Qeyd edək ki, ötən gün Fələstin lideri Mahmud Abbas ilə görüşən şahzadə Villiam Qəzza zolağında yerləşən Celezon Fələstin Qaçqın Düşərgəsinə də baş çəkib. Beləliklə, İngiltərə Kral ailəsindən İsrailə rəsmi səfər edən ilk şəxs Şahzadə Villiam oldu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...