Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahzadədən Qaşıqçının ailəsinə TELEFON ZƏNGİ – Atasının qatilinə təşəkkür etdi

Məhəmməd bin Salman jurnalistin ailəsinə başsağlığı verib.

Şahzadədən Qaşıqçının ailəsinə TELEFON ZƏNGİ – Atasının qatilinə təşəkkür etdi.

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini verməkdə ittiham edilən vəliəhd şahzadə Məhəmməd bin Salman jurnalistin ailəsinə zəng edərək başsağlığı verib.

Din.az Publika.az-a istinadən xəbər verir ki, cinayətdə ittiham edilən Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz və oğlu vəliəhd şahzadə Məhəmməd ibn Salman Camal Qaşıqçının oğlu Salaha zəng vuraraq ayrı-ayrılıqda başsağlığı verib. Qaşıqçının oğlu kral ailəsinə diqqətinə görə təşəkkür edib.

Qaşıqçının öldürülməsində birinci şübhəli olan vəliəhd şahzadə haqqında irəli sürülən ittihamlara isə heç bir rəsmi cavab verməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...