Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Salaməleykum” deyəni konslagerə göndərirlər… – Bu faşist rejimi haradadır?..

Çindəki gizli həbs düşərgələrində nə baş verir?

Faşizm Almaniyasının süqutundan 70 ildən çox vaxt keçsə də, bəşəriyyətdə faşizm dalğası hələ də geri çəkilməyib. Son onilliklərdə xüsusən müsəlman-türk dünyasına, o cümlədən Azərbaycana qarşı törədilən misli görünməmiş vəhşilik, soyqırım və haqsızlıqlar bunu sübut edir…

Çində “Salaməleykum” deyənləri həbs düşərgələrinə göndərirlər.

Din.az xəbər verir ki, söhbət bu ölkənin Sinszyan-Uyğur muxtar regionundan gedir. On illərdir ki, Pekinin kommunist rejimi burada yaşayan milyonlarla müsəlman türkə qarşı amansız diskriminasiya siyasəti yeridir.

BMT-nin insan haqları üzrə komissiyası hələ ötən avqust ayında bəyan etmişdi ki, Çində 1 milyona yaxın uyğur türkünü gizli həbs düşərgələrində saxlanılır. Bu günlərdə “Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatı Sinszyan əyalətində yaşayan uyğun türklərinin əsassız təqib və həbslərə məruz qalması, dini ayinlərini icra etmək hüququndan məhrum edilməsi və onlara qarşı zorla siyasi indoktrinasiya(əqidənin dəyişdirilməsi) tətbiq edilməsi haqda yeni bəyanat verib.
Küçədə-bayırda biri-birləri ilə “salaməleykum” deyərək görüşənlər dərha həbs edilərək konslagerlərə yerləşdirilir. Həmin düşərgələrdə müsəlmanlara məcburən çin dili öyrədilir, kommunist partiyasına aid nəğmələr oxutdurulur.

“Reyters” agentliyinin verdiyi məlumata görə, Çindəki gizli həbs düşərgələrinə eyni zamanda 26 ölkədə qohumları olan şəxslər də salınır. Onların arasında Qazaxıstan, Türkiyə və İndoneziya da var.
Qeyd edilir ki, “Human Rights Watch” təşkilatına Çindəki həbs düşərgələri haqda məlumatı 5 keçmiş məhbus verib.

P.S. Müsəlman, türk ölkələri vaxtında birləşib Çin hakmiyyətinə sözünü deməsə, gələcəkdə bütün İslam dünyası üçün Qərb ekspansiyasından da təhlükəli və böyük bəla yaranacaq… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...