Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Salman əl Səuddan krallara layiq hədiyyə – İraqa milyard dollar bağışladı

Səudiyyə Ərəbistanı Bağdadda idman şəhərciyi salacaq.

Səudiyyə Ərəbistanı kralı Salman əl Səud İraqa bir milyard dollar hədiyyə edib. Həmin məbləğ Bağdadda idman şəhərciyinin salınmasına sərf olunacaq.

Din.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ötən ilin mart ayında İraq hökuməti Səudiyyə Ərəbistanının ölkədə 100 min tamaşaçı tutumu olan stadion inşa edəcəyini bildirmişdi.

Bir il sonra krallığın ölkədəki səfiri Səudiyyə Ərəbistanının təkcə stadionun tikintisi ilə kifayətlənməyəcəyini və İraqa yerli hökumətin təyin etdiyi yerdə idman şəhərciyi hədiyyə edəcəyini diqqətə çatdırmışdı.

Siyasi şərhçilərin yazdığına görə, rəsmi Ər-Riyad Tehranın mərkəzi hökumət (İraqın) üzərindəki nüfuzunu zəiflətmək üçün İraqla münasibətləri yaxşılaşdırmağa can atır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...