Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Salvadorda Fələstin əsilli şəxs prezident seçilib

Vaxtilə SSRİ-nin dəstək verdiyi siyasi hərəkat uduzub.

Mərkəzi Amerikada yerləşən Salvadorda dövlət başçısı seçkilərində Fələstin əsilli namizəd Nayib Bukele qalib gəlib.

Nacional radiostansiyasının yaydığı məlumata görə, dörd namizədin mübarizə apardığı seçkilərdə Milli birlik üçün böyük ittifaq koalisiyasının namizədi Nayib Bukele təxminən 54 faizi səs toplayıb.

Seçkilərdə sağ mərkəzçi qüvvələr koalisiyasının namizədi Karlos Kalyexa 32 faiz səslə ikinci, iqtidarda olan sol mərkəzçi təmayüllü “Farabundo Marti adına Milli Azadlıq Cəbhəsi”ni təmsil edən sabiq xarici işlər naziri Uqo Martines isə 14 faiz səslə üçüncü sırada yer alıb. Martines seçkilərdə məğlubiyyətini artıq etiraf edib.

Nayib Bukele seçkinin ilk tutunda yetərli üstünlük qazandığı üçün mart ayına planlaşdırılan ikinci tur keçirilməyəcək.

Qeyd edək ki, San Salvador şəhərinin sabiq bələdiyyə sədri olan Nayib Bukelenin kökü XX əsrin əvvəllərində Fələstindən Cənubi Amerikaya mühacirət edən ailəyə dayanır. Atası məşhur müsəlman sahibkar və yerli imam olan Bukele 1981-ci ildə doğulub. O, 2012-ci ildə Nuevo Cuscatlan bələdiyyəsinin, 2015-ci ildə isə San Salvador bələdiyyəsinin sədri seçilmişdi.(AZƏRTAC)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...