Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ŞAMİL BASAYEV: MƏNİM NƏ ETDİYİMİ ALLAH BİLİR – VİDEO

Şamil Basayevin tarixə damğa vuran cavabı…

Çeçenistanda Rusiyaya qarşı vuruşan məşhur komandir Şamil Basayev verilişlərin birində qonaq olarkən aparıcı onu terrorçuluqda günahlandırıb.

O, Ş.Basayevə günahsız insanları öldürdüklərini deyib və “Budyonovskda etdiyiniz terrorizm deyilmi?”, – deyə sual verib.

Ş.Basayev isə cavabında “Biz özümüzü qorumaq məcburiyyətində idik. Ona görə belə etdik. Onlar gəlib burda yaşlıları, uşaqları öldürəndə dünya harda idi? Onlara niyə terrorçu demədilər? Bu gün mənə terrorçu deməkləri vecimə deyi. Mənim nə etdiyimi Allah bilir. Mən xalqım üçün çalışıram. İnsanların nə düşündükləri məni maraqlandırmır”.   /Din.az “A24.az”a istinad edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...