Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Sanki hər universitetin həyətində bir ziyarətgah açılmalıdır – FAZİL MUSTAFA

“Dövlət ziyarətgahlara maliyyə ayırır və bu müsbət haldır”.

“Xaricdə təhsilin dövlət nəzarətində olması müsbət haldır. Ancaq qanunda bəzi müddəalar məhdudlaşdırıcı xarakter daşıyır”.

Din.az Publika.az-a istinadən bildirir ki, bunu deputat Fazil Mustafa parlamentdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun layihəsi barədə danışarkən deyib.

O bildirib ki, qanunda istisna hal kimi qeyd edilib ki, xaricdən dəvət edilən din xadimlərinin təbliğat aparmasına icazə verilir:

“Hesab edirəm ki, bu istisna universitet professorlarına da şamil olunmalıdır. Hər situasiyaya yenidən qanuna dəyişiklik etməmək üçün bu məsələ qanunda öz əksini tapmalıdır”.

F.Mustafa əlavə edib ki, dövlət ziyarətgahlara maliyyə ayırır və bu müsbət haldır:

“Lakin İctimai Televiziyada ötən gün bir verilişi izlədim. Sanki nəzir vermək xalqın milli-mənəvi dəyəri kimi təqdim edilirdi. SSRİ dövründə xurafat bu qədər təbliğ edilmirdi. Hesab edirəm ki, bu cür təbliğat nöqsan və zərərlidir. Belə verilişlərdən elə təəssürat yaranır ki, sanki hər universitetin həyətində bir ziyarətgah açılmalıdır. Bu məsələdə dozanın aşılmaması lazımdır. Biz inkişaf etmək, irəliyə getmək istəyiriksə elm və təhsilə daha çox önəm verməliyik”.

Spiker Oqtay Əsədov isə qanuna dəyişikliklərlə bağlı deputatın dedikləri ilə razılaşıb: “Fazil müəllim, sözlərinizdə haqlısınız, ancaq qanun layihəsi artıq qəbul edilib”.

Qeyd edək ki, dəyişikliklərdə məqsəd Cinayət və İnzibati Xətalar Məcəlləsinin Dini Etiqad Azadlığı haqqında Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...