Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şarm-əş-Şeyxin meri: Birbaşa uçuşların bərpa edilməsi turizmin inkişafına təkan verəcək

“İki ölkə arasında birbaşa uçuşların bərpa edilməsi ikitərəfli əməkdaşlığı gücləndirəcək”.

Xarici işlər naziri Elmar Məmmədyarov Misirin Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Din.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan nazir ölkələrimiz arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini dedi.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salınıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Keçən il Misirə rəsmi səfərini və keçirtdiyi görüşləri xatırladan E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...