Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Savaşı bitir: Səudiyyə sülh bağlandığını açıqladı

Bu razılaşma Yəməndə yeni dövrün başlanğıcı olacaq.

Yəmən hökumətiylə separatçılar – Cənub Keçid Şurası arasında sülh razılaşması imzalanıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman yayıb. Onun sözlərinə görə, bu razılaşma Yəməndə yeni dövrün başlanğıcı olacaq.

O, Səudiyyənin ölkədəki situasiyanı tam dəstəklədiyini bildirib.

Qeyd edək ki, Cənub Keçid Şurası Yəmən hökumətindən ayrılan bir sıra nazir, qubernator və hərbçilər tərəfindən yaradılıb. Əsasən Yəmənin cənub ərazilərini, o cümlədən limanına nəzarət edirlər.

Cənub Keçid Şurası Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənir və ondan külli miqdarda yardımlar alır.

Şuranın tərkibində husilər yer almır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...