"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
wilders-2

Seçilsə Hollandiyada məscid və islam məktəblərini bağlayacaq

Share Button

Hollaniyada İslam əleyhinə seçki vədi…

Hollandiyada Girt Uildersin lideri olduğu ifrat Sağçı Azadlıq Partiyası (PVV), 2017-ci ilin mart ayında seçkilərdə qələbə qazandığı təqdirdə ölkədəki məscid və İslam məktəblərinin bağlanacağını bildirib.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, baş nazir Mark Rut, ifrat sağçı partiyanın seçki bildirişinin “hüququn aliliyinə qarşı hədə” olduğunu, məscidləri və İslam məktəblərini bağlamaq qərarının, Hollandiya konstitusiyası və dövlətin dəyərlərinə zidd olduğunu bildirib.

Verilən məlumata əsasən, “Hollandiya bizimdir, bizə qalacaq” yazılmış partiyanın seçki bildirişlərində üstünlük, “İslamlaşmanın dayandırılmasına” verilib. Bildirişdə Hollandiyadakı bütün məscid və İslam məktəblərinin bağlanacağı, ictimai yerlərdə baş örtüyü və digər İslam rəmzlərinin qadağan olunacağı vurğulanıb.

Bildirişə əsasən, PVV iqtidara gəldiyi təqdirdə sərhədlər bağlanaraq İslam ölkələrindən mühacir axınının qarşısı alınacaq. İkili vətəndaşlığa sahib cinayətkarlar dərhal ölkədən xaric ediləcək, Hollandiyanın AB üzvlüyündən çıxması təmin olunacaqdır.

Baş nazir Rut Uildersin dediklərini xoş qarşılamadı, “Ən güclü siyasi rəqibim” adlandırdığı Uildersin cəmiyyətdəki insanlar arasında qarışıqlıq yaratdığını, lakin üzərinə məsuliyyət götürmədiyini vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top