Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səfir: “Azərbaycandakı yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıb”

“Yəhudilər Azərbaycanda daim cəmiyyətin bir hissəsi kimi yaşayırlar”.

“Azərbaycanla İsrail arasındakı əlaqələr mükəmməldir”.

“Din.az”ın APA-ya istinad etdiyi məlumata görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O bildirib ki, insanlar arasında təmaslar intensiv xarakter daşıyır: “Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar. Onlar burada cəmiyyətin bir hissəsi kimi yaşayırlar”.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə səfir deyib ki, bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır: “İsrail Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...