Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Səfir: FETÖ-nün müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb

“FETÖ üzvləri Türkiyə xalqından layiq olduqları cavabı aldılar.”

FETÖ terror təşkilatının müxtəlif ölkələrdə maliyyələşdirdiyi təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, 2016-cı ilin 15 iyulunda Türkiyə ən ağır gününü yaşadı: “O zaman FETÖ üzvləri dövlət çevrilişinə cəhd etdilər, lakin Türkiyə xalqından layiq olduqları cavabı aldılar. Bu hadisələrdə 250 şəhid verdik”.

E.Özoral bildirib ki, FETÖ üzvləri dövləti ələ keçirməyə cəhd etdi: “Dövlət çevrilişi hadisəsi ilə bağlı hazırda 101 cinayət işi üzrə istintaq davam edir. Bu cinayət işləri çərçivəsində 180 min nəfər dövlət işindən çıxarılıb”.

Diplomat əlavə edib ki, FETÖ terror təşkilatına Türkiyədə ağır zərbə vurulub. Bu təşkilat artıq Türkiyədə fəaliyyət göstərə bilməz: “Azərbaycanda da FETÖ-nün beli çox erkən qırıldı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.

Səfir inamla bildirib ki, terror təşkilatının rəhbəri olan Fətullah Gülən Türkiyəyə gətirilərək layiq olduğu cəzanı alacaq: “Bu mübarizə sonadək davam edəcək. Bizim mübarizəmiz yalnız FETÖ-yə qarşı deyil. Türkiyə PKK-ya da qarşı mübarizə aparır. Ümumiyyətlə, Türkiyə terror bitənə qədər ona qarşı mübarizə aparacaq”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...