Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səfirimiz qətərli blogerlərlə görüşdü – Foto

Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü ilə yerli blogerlərlə görüş keçirilib. Din.az-ın məlumatına görə səfirlikdən Axar.az-a bildiriblər ki, görüş qətərli blogerleri Azərbaycan barədə məlumtlandırmaq və sosial media vasitəsilə ölkəmizin mədəni, tarixi dəyərlərini və turizm imkanlarını tanıtmaq məqsədilə təşkil edilib. Qətərin ən fəal və tanınmış blogerlərinin qatıldığı görüşdə əvvəlcə ölkəmizin hərtərəfli inkişafını və turizm potensialını əks etdirən videoçarx […]

Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü ilə yerli blogerlərlə görüş keçirilib.

Din.az-ın məlumatına görə səfirlikdən Axar.az-a bildiriblər ki, görüş qətərli blogerleri Azərbaycan barədə məlumtlandırmaq və sosial media vasitəsilə ölkəmizin mədəni, tarixi dəyərlərini və turizm imkanlarını tanıtmaq məqsədilə təşkil edilib. Qətərin ən fəal və tanınmış blogerlərinin qatıldığı görüşdə əvvəlcə ölkəmizin hərtərəfli inkişafını və turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.

 

Sonra səfir Rəşad İsmayılov ölkəmizin tarixən dini və mədəni cəhətdən bağlılığı olduğu ərəb ölkələri, xüsusilə Qətər ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirən səfir son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan diplomat Qətərin beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Çay süfrəsi arxasında davam edən görüşdə blogerlərə ölkəmizin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm imkanlar ilə bağlı geniş məlumat verilib. Son illər ərzində Qətərdən ölkəmizə gələn turistlərin sayındakı ciddi artımdan məmnunluq ifadə edilib.

Görüşə görə təşəkkürlərini bildirən qətərli blogerlər sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın Qətərdə daha da tanıdılması işinə töhfə verməyə hazır olduqlarını deyiblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...