Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Şəhid cənazəsində diqqət çəkən anlar – Millət vəkili söhbət edib güldü – VİDEO

Məmurların gülüşməsi insanların sərt reaksiyasına səbəb olub.

Türkiyənin Şırnak bölgəsində terrorçuların quraşdırdığı minaya düşərək şəhid olan əsgərin cənazəsində hər kəs ağlayarkən millət vəkilinin gülərək söhbət etməsi qalmaqala səbəb olub.

Din.az türk mediasına istinadən xəbər verir ki, Mustafa Kozakın cənazəsində söhbət edən millət vəkili CHP-li Özgür Özel olub. Həmsöhbəti isə Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Cengiz Ergündür.

24 yaşlı gəncin şəhid olaraq son mənzilə yola salındığı zaman CHP-li millət vəkili ilə bələdiyyə sədrinin söhbət edərək ətrafa gülüş saçması insanların sərt reaksiyasına səbəb olub.

Həmin anların görüntülərini təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...