Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şəhid olan Türk əsgərin vəsiyyəti: “Şəhid olsam, anam və atamı HƏCCƏ GÖNDƏRİN!” – VİDEO

Şəhidin vəsiyyəti eşidənləri kövrəltdi.

“Zeytun budağı” əməliyyatı zamanı şəhid olan Er Sergen Pamukçunun böyük qardaşıma yazdığı vəsiyyəti eşidənləri kövrəldib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, qardaşının vəsiyyəti barəsində danışan Selahattin Pamukçu Afrində iştirak etməsi qəbul edildiyi zaman evin içində sevincdən yallı getdiyini söyləyib.

Qardaşının başdan ayağa şəhid olma arzusuyla yanıb tutuşduğunu deyən böyük qardaş Sergenin şəhid olmadan 4 gün əvvəl ona mesaj yazdığını və mesajında “Qardaş, şəhid olmaq nəsibim olsa, dövlətimiz sığorta qarşılığında ailəmizə böyük miqdarda təzminat verir. Bu pulla anamı, atamı Həccə göndər, atamın borcunu bağla, sən də evlən, Halal xoşun olsun!” yazıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...