Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şəhid qəbirləri fərqli olacaq

Qəbristanlıqlarda şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinə təqdim edilmiş qəbristanlıqlar haqqında qərar layihəsində öz əksini tapıb. “Din.az” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, qərar layihəsi Nazirlər Kabinetinə göndərilib. Onun sözlərinə görə, qərar layihəsinə müəyyən təkliflər və düzəlişlər var: “Hazırda bunun üzərində iş […]

Qəbristanlıqlarda şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinə təqdim edilmiş qəbristanlıqlar haqqında qərar layihəsində öz əksini tapıb.

“Din.az” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, qərar layihəsi Nazirlər Kabinetinə göndərilib.

Onun sözlərinə görə, qərar layihəsinə müəyyən təkliflər və düzəlişlər var: “Hazırda bunun üzərində iş davam edir. Yeni təkliflərə baxılacaq və qərar qəbul edildikdən sonra Azərbaycanda qəbristanlıqlarda vahid sistem təşəkkül tapacaq və dəbdəbədən kənar məzarlıqlar olacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...