Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Şəhidlər məscidi” təkrar açıldı

Azərbaycanın simvolu olan “Şəhidlər məscidi” təkrar ibadətə açıldı

Mosque with two minarets in Baku, Azerbaijan“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən Şəhidlər Xiyabanının yaxınlığında inşa etdirilən Şəhidlər məscidi 28 iyun 1996-cı ildə müsəlmanların ixtiyarına verilib. Lakin məscid 2008-ci ildən təmir adı ilə bağlanmışdı.

Bu gündən etibarən isə məscid təkrar açılıb. Məscidin təkrar açılışında  Türkiyənin Azərbaycandakı səfirliyinin dini işləri müşaviri və digər dindarlar iştirak edib, birlikdə namaz qılıblar.

Qeyd edək ki, “Heydər məscidi”ndə olduğu kimi “Şəhidlər məscidi”nin fəaliyyətinə Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti birlikdə nəzarət edəcəklər.

Xatırladaq ki, millət vəkili Fazil Mustafa da müsahibələrinin birində “Şəhidlər məscidi”nin Azərbaycanın simvolu olduğunu bildirmişdi.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...