Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

«Şəhidlər» məscidinə niyə axund və imam təyin olunmayıb?

Məscid kütləvi ibadətə açılandan sonra axund və imam təyinatı da olacaq.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) «Şəhidlər» məscidinin təmirdən sonra istifadəyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, məsciddə təmir işləri davam edir, ibadət evi hələlik kütləvi tədbirlər, kütləvi ibadət üçün açıq deyil.

«Məscidə axund və imam da bu səbəbdən hələlik təyin olunmayıb. Təmir işləri başa çatıb, məscid kütləvi ibadətə açılandan sonra axund və imam təyinatı da olacaq. Bununla belə, kim istəsə, fərdi şəkildə məscidə gedə və ibadət edə bilər», – deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında «Şəhidlər» məscidinin artıq istifadəyə verildiyi, axund və imam təyinatının olması barədə xəbərlər yayılıb. (APA)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...