Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Şəhidlər” məscidinin statusu ilə bağlı qərar verildi

“Şəhidlər məscidi Heydər məscidi kimi eyni statusa malik olacaq

Bakıdakı “Şəhidlər” məscidi Heydər məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.

“Din.az” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M.Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: “Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. “Şəhidlər” məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...