Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səhlab Bağırov: “Məhərrəm ayı ilə əlaqədar zəruri tədbirlər həyata keçiriləcək”

Məhərrəm ayı boyu ölkədə ictimai-siyasi asayiş ciddi şəkildə qorunacaq.

“Məhərrəm ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması üçün zəruri tədbirlər həyata keçiriləcək”.

Din.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov Məhərrəm ayı ilə bağlı BŞBPİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə deyib.

O, dini radikalizmə qarşı mübarizədə aidiyyatı qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib.

S.Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəm ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir. / Report.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...