Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

SƏHV SUALLAR

Allahı lazımınca tanıyıb dərk etmirik.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Əsasən Allahın varlığı ilə bağlı insanları çox düşündürən və tez-tez verilən ən mühüm suallardan biri “Allahı kim yaratdı?” sualıdır.

Belə sualların verilməsinin ən əsas səbəbi, Allahın lazımınca tanınıb dərk edilməməsidir. Allah biri tərəfindən yaradılsa, yaxud müəyyən Ona şəkil verilsə, Allah olmaz. Quranın Allah haqqında nə buyurduğuna baxmadan Allahın da mütləq birisi tərəfindən yaradıldığını iddia etmək ağıllı insana yaraşmaz.

Çox təəssüf ki, bir çox insan Allahı lazımınca qavrayıb dərk etmədiyinə görə məfhumları doğru işlətməməsi səbəbilə səhv sualların və bu suallara verilən səhv cavabların qurbanı olur.

Hər şeydən əvvəl Allah dediyimiz zaman nə dərk etdiyimizi bildirməliyik. Qurana nəzər yetirdikdə, Allahın əzəli xüsusiyyətlərə malik olduğunu görürük. Bu xüsusiyyətləri əsas götürərək Allahın, varlığı zəruri olan, bütün təriflərə layiq, yaradan, əzəli və əbədi olan, misilsiz, şəriksiz qüdrət olduğunu qəbul edirik. Quran bizə Allahın “Xaliq”,  yəni “Yaradan”, eləcə də “Bədi” yəni “Yoxdan yaradan”, yaratdıqlarını ahəng və gözəlliklər verdiyini bildirir. Bu səbəbdən, belə əzəli xüsusiyyətlərə sahib varlığın hansısa qüvvə tərəfindən yaradılmasını düşünmək olmaz. Əks halda, haqqında bəhs edilən bu varlıq vəhyin bizə tərif etdiyi Allah ola bilməz. Allah heç kim tərəfindən yaradılmadığına görə Allahdır. Buna görə də hər şeyin yaradanı və sonsuz mənbəyidir.

Allahın istər vəhy etdiyi, istərsə də kainatda yaratdığı həm ağlımıza, həm də qəlbimizə ünvanlanan ayələri sayəsində varlığını bilirik. Kainatın mövcud olma prosesi və həyat kimi möcüzəvi bir şeyi ortaya çıxartmaqla bağlı özündə əks etdirdiyi mükəmməlliklər kainatda heç nəyin boş, mənasız və plansız olmadığını açıq şəkildə göstərir. Hər şey olduqca həssas bir planın nəticəsi kimi varlığını davam etdirir. Allahın varlığının dəlillərinin müəyyən göstəricisi olan kainatdakı həssas dizayna diqqət yetirdiyiniz zaman bəziləri, “Əgər dizayn edən varsa, bəs ona kim dizayn verib?” sualı verə bilər.

Bir şeyin yaradanının yaratdığının xüsusiyyətinə eynilə sahib olmaq məcburiyyətində olduğunu güman edib səhvə yol verirlər.

Burada çox böyük məntiq səhvi edilir. Tutaq ki, bir proqram yazılıb. “Bunu kim yazdı?” soruşsanız, “Əhməd” deyirlər. O zaman “Əhmədi kim yazdı?” sualını verərsiniz? Əhməd proqram deyil ki, onu yazan da olsun. Həmin dairələr şüursuz maddənin əzəli olduğunu, hər hansı başlanğıcı və sonu olmadığını qəbul etsə də Allahın əzəli olacağını qəbul etmək istəmirlər. Bu gün bir çox ateist elm adamı kainatdakı həssas nizamlar qarşısında heyrətlənir, bəzi ateist elm adamları həssas nizamların olmadığını deyir, birindəki dəyişikliyin heç nəyi dəyişdirməyəcəyini, hamısı dəyişdikdə isə yenə fərqli kainatin ortaya çıxacağını iddia edirlər. Halbuki, yalnız maddəni bir yerdə saxlayan cazibə qüvvəsi olmasa, yaxud fərqli olsa, əsla planet, ulduz və ya hər hansı kompleks orqanizm əldə edə bilməzsiniz. Yalnız elektromaqnetik qüvvə də fərqli olsa, kimyəvi əlaqələr qurula bilməz, bu səbəbdən həyat yaranmaz.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...