Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şəkidə dini radikalizm və narkomaniyanın fəsadları mövsuzunda tədbir keçirilib

Yuxarı sinif şagirdləri üçün narkomaniya və erkən nikahla bağlı tədbir təşkil edilib.

Şəkidə “Dini radikalizm, narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib.

Din.az APA-ya istinadən bildirir ki, Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev, rayon prokuroru Elmar Camalov və rayon təhsil şöbəsinin rəhbərliyi iştirak edib.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd gəncləri dini radikalizm, narkomaniya və erkən nikahların törətdiyi fəsadlar barədə maarifləndirmək və bu əməllərdən çəkindirmək olub. Tədbirdə çıxış edən Ə. Rzayev və E. Camalov narkomaniya, dini radikalizm və erkən nikahın sonradan yaratdığı problemlər barəsində gənclərə ətraflı məlumat veriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...