Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SƏLƏMÇİLİKLƏ MƏŞĞUL OLAN QADININ ƏL-AYAĞINI BAĞLAYIB YANDIRDILAR – GƏNCƏDƏ DƏHŞƏTLİ QƏTL

47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyiti aşkar edildi.

Gəncədə sələmçiliklə məşğul olan qadın qətlə yetirilib.

Din.az bildirir ki, izi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar.

Yanğın hadisəsi ötən gecə saat 05 radələrində Gəncənin Üzeyir Hacıbəyov küçəsi, bina 81, ev 36-da baş verib. Yanğından xəbər tutan qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada 47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyitini aşkar ediblər. Dərhal hadisə yerinə mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib.

Hadisə yerində Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları araşdırmalar aparırlar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdı. / Milli.Az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...